DÜNYA KUBOKU (2014)
İyulun 5-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçirilib. 23 ölkədən (Azərbaycan, Rusiya, Ukrayna, Almaniya, İsrail, İran, Yaponiya, Belarus, Livan, Qazaxıstan, İsveç, Monqolustan, Yunanıstan, Böyük Britaniya, Özbəkistan, Avstraliya, Niderland, İtaliya, Kipr, ABŞ, Belçika, Qırğızıstan və Latviya) 170 veteran ağır atletin mübarizəyə qatıldığı mötəbər yarışda kişilər və qadınlar 16 çəki dərəcəsində qüvvələrini sınayıblar.
AVROPA ÇEMPİONATI (2016)
20-28 may 2016-cı il tarixlərdə Naxçıvan şəhəri veteran ağır atletlər arasında Avropa çempionatına ev sahibliyi edib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qitə birinciliyində 21 ölkədən 200-ə yaxın atlet mübarizə aparıb. Çempionat kişilər arasında sayca 26-cı, qadınlar arasında isə 24-cü olub.