Avropa şəhərçiyi

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”ndə Naxçıvan Muxtar Respublikasının, Avropa İttifaqının, o cümlədən Almaniya, Macarıstan, Fransa, İsveç, Bolqarıstan və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə ölkələrin mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən sərgilər nümayiş olunub.

Tədbirin gedişində hər bir ölkə haqqında viktorinalar təşkil edilib, bilik səhnələri və bir sıra digər tədbirlər nümayiş olunub. Axşam saatlarına qədər davam edən tədbir konsert proqramı ilə başa çatıb.

 

VİDEOSUNU İZLƏ