Azərbaycançılıq

“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans (01.05.2018)

 

Konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində reallaşıb.

“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində təşkil edilən tədbirdə müvafiq qurumların rəhbərləri, əməkdaşları, o cümlədən Naxçıvanda təhsil alan tələbələrin mövzu ilə bağlı çıxışları dinlənilib.

Konfransın bədii hissəsində Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Bakı şəhərindən dəvət olunmuş tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

 

VİDEOSUNU İZLƏ