Belarus Gəncləri Günü

“Azərbaycanda Belarus gəncləri günləri” – Naxçıvan səfəri (27.11.2018)

 Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub.

 Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Gənclik” Mərkəzində tədbir keçirilib. Naxçıvan Musiqi Kolleci tələbələrinin, eləcə də belaruslu gənclərin ifasında səslənən musiqilər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qonaqlara hədiyyələr təqdim olunub.

“Gənclik” Mərkəzində belaruslu gənclərin əl işlərindən ibarət sərgi də açılıb. Qonaqlar, həmçinin Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

 VİDEOSUNU İZLƏ