Boks

“Heydər Əliyev kuboku-2017” boks turniri

10-15 iyun 2017-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Macarıstan, İran, Qazaxıstan, Rusiya idmançıları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının boksçuları da iştirak ediblər. Ümumilikdə,100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.