Futbol

2013-cü ildə “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında oynanılan futbol üzrə ölkə Super Kubokunun final matçı, eləcə də ölkə kubonunun daha iki həlledici oyunu – 2016-2017-ci illər mövsümündə “Qarabağ”-“Qəbələ” və 2018-2019-cu illər mövsümündə “Qəbələ”-“Sumqayıt” final oyunlarına Naxçıvan şəhəri ev sahibliyi edib. Bundan əlavə ümummilli lider Heydər Əliyevin xatirə turnirləri də Naxçıvan Muxtar Resublika Stadionunda keçirilib.