İdman Festivalı

İDMAN FESTİVALI – 2020

Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib. Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, rəsmi şəxslər,  muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzv və idmançıları iştirak ediblər. Həmçinin tədbirdə federasiyaların, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq-gənclər idman məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Eyni zamanda, federasiyaların idmançılarının hazırladıqları nümunəvi çıxışlar və stendlər də qonaqlar tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, həmin vaxtadək festival hər il mart ayının 5-i Bakı şəhərində - Dənizkənarı Bulvarda keçirilirdi.

VİDEOSUNU İZLƏ