Cüdo

15 may 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstan, Türkiyə və Rusiya komandaları, eləcə də ölkəmizin Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Naxçıvan və Culfa komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə təşkil edilən beynəlxalq turnirin final görüşündə “Naxçıvan” və “Gürcüstan” komandaları üz-üzə gəliblər. Gərgin keçən görüş naxçıvanlı cüdoçuların qələbəsi ilə başa çatıb. “Türkiyə” və “Bakı” komandaları isə turnirin bürünc medalını qazanıblar.

 VİDEOSUNU İZLƏ   

 

21 may 2019-cu ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnir keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan turnirdə Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstandan 9 komanda olmaqla, 100-ə yaxın cüdoçu tatami üzərinə çıxıb. Final görüşündə “Sumqayıt”ı məğlub edən “Naxçıvan” komandası beynəlxalq turnirin qalibi olub. “Gürcüstan” və “Qəbələ” komandaları isə turnirin bürünc medalını qazanıblar.

VİDEOSUNU İZLƏ