Karate

 

15 noyabr 2016-cı il tarixdə Şərur Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq karate turniri keçirilib. Turnirdə 120-yə yaxın qız və oğlan karateçi fərdi kata, fərdi kumite üzrə yarışlarda qüvvəsini sınayıb.

4-5 may 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” beynəlxalq turniri keçirilib. Yarışda 350-dən çox idmançı mübarizə aparıb.