“Marş irəli!” – Naxçıvan (05-09.09.2021)
Muxtar respublikamız ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş irəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə ev sahibliyi edib.
“Marş İrəli”nin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş 100 gənc düşərgədə iştirak edib. Onlardan 70-i Naxçıvan gəncləri olub. Layihədə gənc nəslin hərb sənətinə marağını artıracaq maraqlı tədbirlər, hərbi texnikalarla tanışlıq, tariximizin və milli mənəvi dəyərlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif ekskursiyalar, müzakirə və təqdimatlar reallaşıb.
Düşərgə tipli layihə Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.