Pauerliftinq

 

5-7 may 2017-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnir keçirilib.Yarışda Azərbaycanı, onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda, Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində qüvvəsini sınayıb.