2003-cü ildə Naxçıvan şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçirilib. 2003 və 2011-ci illərdə beynəlxalq şahmat turnirinə ev sahibliyi etmiş Naxçıvanda 2011-ci ilin may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Festivalı (Nakhchivan Open - 2011) keçirilmiş və bu festival ənənə halını alaraq ildə bir dəfə olmaqla 2020-ci ilədə təşkil olunmuşdur.Yarış Beynəlxalq Şahmat Federasiyası FİDE-nin təqviminə ən yaxşı festival kimi daxil edilib. Hər il festivalda dünya və Avropa çempionları, beynəlxalq reytinq və istedadlı gənc şahmatçılar iştirak edirlər.
Muxtar respublikanın ən güclü şahmatçılarının iştirakı ilə keçirilən “Naxçıvan Premium – 2020” turnirindəki yüksək təşkilatçılıq sayəsində qazanılan növbəti etimad bu turnirdən qısa müddət sonra 2020-ci ilin may ayında kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatlarına paytaxt Bakıdan sonra ilk dəfə olaraq Naxçıvan şəhərinin ev sahibliyi ilə nəticələndi.
2022-ci ilin 1-11 oktyabr tarixlərində muxtar respublikamız qədim diyarımızda ilk dəfə keçirilən 16 yaşadək yeniyetmələrin Beynəlxalq Şahmat Olimpiadasına uğurla ev sahibliyi etdi.Yüksək səviyyədə təşkil olunan olimpiadada 23 ölkədən 50 titullu şahmatçı olmaqla, ümumilikdə 200-ə yaxın idmançı iştirak etdi.