Türk şurası

Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu (25-29.11.2018)

 Noyabrın 26-da Naxçıvan şəhərində Türk şurası Gənc Liderlərinin ilk Forumu keçirilib.

Forum çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan gənclərinin iştirak etdiyi müzakirələrdə ortaq tarix, mədəniyyət, dil, təhsil, idman, gənclik və digər sahələrdə birgə fəaliyyət haqqında danışılıb, bu sahələrdə gənclərin sosial şəbəkələrdəki fəallığından, şuraya üzv olan ölkələrdə gələcəkdə müxtəlif festivalların, intellektual və idman yarışlarının keçirilməsinin zəruriliyindən bəhs olunub.

Forum iştirakçıları üçün Naxçıvan şəhəri və ətrafında yerləşən tarixi, mədəni və turizm əhəmiyyətli məkanlara ekskursiyalar təşkil olunub, həmçinin onlar ali təhsil müəssisələrində yaradılan şəraitlə tanış olublar.

VİDEOSUNU İZLƏ