Voleybol

İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatı “Yüksək Liqa” yarışlarının 2016-2017-ci il mövsümündə ilk dövrənin  (3 - 7 noyabr, 2016-cı il) və pley-of mərhələsinin oyunları keçirilib. Həmin mövsümdə “Naxçıvan”,  “Lokomotiv”, “Neftçi”, “Nəqliyyatçı”, “Sumqayıt” və “MOİK” komandaları çempionatda iştirak ediblər.

28-30 mart 2017-ci il tarixlərdə çempionatının pley-of mərhələsinin görüşləri keçirilib. Nəticələrə əsasən “Lokomotiv” komandası voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi olub. “Neftçi” və “Naxçıvan” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə çıxıblar.