AYSU ABBASOVA

2022-ci ildə keçirilən atletika üzrə Azərbyacan birinciliklərində 800, 1500, 2000 və 3000 metr məsafələrə qaçış yarışlarında, eləcə də kros qaçışı üzrə payız ölkə çempionatında 4 km məsafə üzrə birinci olmaqla, ardıcıl 5 qızıl medal qazanıb. 2023-cü ilin ilk yarısında ölkə birinciliklərindən 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmağa müvəffəq olub.