ƏZİZ QASIMOV

2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə Prezident mükafatına layiq görülüb. Sədri olduğu Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2022-ci ilin yanvar ayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin tələbə gənclər təşkilatı” seçilib.