“Tarixə ekskursiya”
Gənclərin tarixi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin yaşadılması və təbliği məqsədilə təşkil olunur. Layihə çərçivəsində muxtar respublikanın şəhər və rayonlarındakıbir sıra muzey və turizm əhəmiyyətli digər abidələrə gənclərin ekskursiyası təşkil olunur,həmin məkanlarla tanışlığın effektivliyini yüksəltmək məqsədilə gün ərzində ekskursiya edilən muzeylər haqqında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilir.
Təlimlər
Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi və özlərini davamlı təkmilləşdirməsi məqsədilə nazirlik tərəfindən psixoloji, motivasiya və şəxsi inkişaf yönümlü, eləcə də yeni karyera istiqamətləri ilə bağlı təlimlər təşkil olunur.
İntellektual Oyunlar
Gənclərin intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması məqsədilə “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”
“Naxçıvanı tanıyaq!”
Gənclərin muxtar respublikadakı turizm obyektlərini tanıması və tanıtması məqsədilə keçirilir. Layihə çərçivəsində muxtar respublikada yerləşən turizm obyektləri və tarixi abidələrə ekskursiyalar təşkil olunur.
Vətənpərvərliklə bağlı tədbirlər
Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, ilkin hərbi bilik və bacarıqlara yiyələnməsi, ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik etmək məqsədilə “Şahin”, “Vətən naminə” hərbi-idman oyunları, “Hədəf” atış təlimi, gənclərin əsgər və zabitlər, Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil edilir, şəhid ailələri ziyarət olunur.
“Əsgərin kitab rəfi”
Bu adla 2022-ci ilin may-iyul aylarını əhatə edən kitab toplama aksiyasıçərçivəsində gənclərin könüllü şəkildə təqdim etdiyi 500-ə yaxın elmi, bədii, publisistik və digər janrlarda olan kitablar toplanaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilmişdir.
“Marş İrəli”
Muxtar respublikamız gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə uğurla ev sahibliyi etmişdir. Layihə çərçivəsində tariximizin və milli mənəvi dəyərlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif ekskursiyalar, müzakirə və təqdimatlar, "Əlbəyaxa döyüş", "İnformasiya müharibəsi" və ən əsası hərbi vətənpərvərlik mövzularını əks etdirən təlimlər,hərbi silah və texnikalarla tanışlıq, pilotların nümunəvi uçuşları, eləcə də əsgər və zabitlərimizin peşəkar döyüş təlimləri təşkil olunmuşdur.
“Yaradıcı Gənclər Akademiyası”
Muxtar respublikada yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi, onların əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulun yaradılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə “Yaradıcı Gənclər Akademiyası” təşkil edilmişdir. Layihə çərçivəsində təlim kurslarında iştirak etmək istəyən gənclər Gənclər və İdman Nazirliyinin sosial şəbələrdəki hesablarında yerləşdirilmiş bölmədə qeydiyyatdan keçərək layihədə iştirak etmək hüququ qazanıblar. Gənclər robotexnika, ebru sənəti, qum sənəti, rəssamlıq və ağac üzərində yandırma sənəti üzrə təşkil olunmuş kurslarda iştirak ediblər.
Yaradıcı Gənclər Festivalı
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvanda ilk dəfə təşkil olunan “Yaradıcı gənclər” festivalı sözün əsl mənasında öz rəngarəngliyi ilə həm ruhu oxşayan, həm də mənəvi zövq verən bir festival olmuşdur. Festivalın keçirilməsində məqsəd muxtar respublikadakı yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, onların əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulun yaradılması, gənclər tərəfindən ölkəmizin və muxtar respublikanın tarixinin və turizm potensialının təbliğ edilməsi, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsindən ibarət olmuşdur. Festival çərçivəsində rəsm, əl işləri, foto, memarlıq, musiqi, rəqs, teatr yaradıcılığı sahələri üzrə gənclər tərəfindən hazırlanmış rəsm əsərləri, əl işləri, foto şəkillər sərgilənmiş, müxtəlif musiqi nömrələri səsləndirilmiş, tamaşalar nümayiş olunmuşdur. Festivalda muxtar respublikanın rayon və şəhərləri ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsilli müəssisələrində təhsil alan yaradıcı gənclərin də iştirakı təmin edilmişdir.