Məcid Seyidov

1975-ci ildə Şərur rayonu Danzik kəndində ziyalı ailəsində anadan olub. İbditadi təhsilinə 1992-ci ildə Şərur rayon Yenikənd kənd orta məktəbini əla qiymətlərlə bitirib.  1993-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələri tərkibində Naxçıvan Muxtar Respublikasının döyüş mövqelərində, Ağdam və Tərtər rayonlarının döyüş bölgələrində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Vətən Müharibəsi veteranıdır. Eyni zamanda 2011-ci ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri kimi fəaliyyət göstərir. 2002-ci ildə Naxçıvan Dövlət Universitetini təbiətşünaslıq-tibb fakültəsinin biologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə həmin universitetin magistratura şöbəsini botanika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsi alıb. 2012-2016-cı illərdə Naxçıvan Dövlət Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. Dövlət idarəçiliyi üzrə bir sıra kurs və seminarları bitirib. 

1999-2004-cü illərdə Ş.İ.Xətai adına Danyeri kənd orta məktəbində biologiya müəllimi və tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2004-2011-ci illərdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ilin aprel ayından həmin ilin avqust ayınadək Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində aparat rəhbəri vəzifəsini icra edib. 1 avqust 2011-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini vəzifəsində işləyir. Ailəlidir, 2 övladı var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini tərəfindən imzalanan 22 iyul 2023-cü il tarixli Sərəncam ilə nazir səlahiyyətləri Mirməcid Seyidova verilib.