Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna start verilib. Gəncənin "Kəpəz" klubu ilə qarşılaşan Naxçıvan təmsilçisi 2:0 hesablı qələbə qazanıb. "Qırmızı-bəyazlar" bu nəticə ilə aktivindəki xal sayını 33-ə çatdırıb. "Araz-Naxçıvan" "Qarabağ"ı qabaqlayaraq ilk sıraya yüksəlib. Ağdam təmsilçisinin ehtiyatda daha iki oyunu var.
“Kəpəz” – “Araz-Naxçıvan” - 0:2
Qol: Felipe Santos (25), Bernardo Dias (86)