"Gənclər bağı"nda aksiya keçirilib

Muxtar respublikada gənclərin ekoloji problemlərlə mübarizədəki rolu nəzərə alınmaqla, onların iştirakı ilə müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı kimi "Yaşıl dünya naminə həmrəylik ili" və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibətilə "Gənclər bağı"nda könüllü gənclərin ağacəkmə aksiyası keçirilib. Nazirlik tərəfindən təşkil olunan aksiya çərçivəsində eraziyə 75 meyvə tingi əkilib.
Xatırladaq ki, "Gənclər bağı" 2018-ci ildə Naxçıvanın ölkəmizdə "Gənclər paytaxtı" seçilməsi ilə əlaqədar salınıb.