Çoxnövçülükdə muxtar respublika birincisi məlum olub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin. Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin final mərhələsi reallaşıb

Çağırışaqədər və çağırışyaşlı məktəblilər arasında keçirilən yarışa rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla, ümumilikdə, 8 komanda qatılıb. İştirakçılar poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdə dartınma və 2000 metr məsafəyə kross qaçışı üzrə mübarizə aparıblar. Qalib və mükafatçılar müvafiq yarışlarda toplanan ümumi xalların cəminə əsasən müəyyənləşib. Hesablamalar nəticəsində Babək rayon komandası qalib adına layiq görülüb. Şərur və Kəngərli rayonlarını təmsil edən komandalar yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üçlükdəki komandalar və fərdi göstəricilərə görə fərqlənən iştirakçılar diplom və fəxri fərmala mükafatlandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti