Ölkə başçısı İlham Əliyevin 20 illik misilsiz dövlətçilik fəaliyyəti gənclər üçün əsl vətənpərvərlik və liderlik örnəyidir

Bu sözləri gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov Heydər Əliyev Muzeyində “Əsrin lideri, Müzəffər Ali Baş Komandan” mövzusunda keçirilən tədbir zamanı səsləndirib.

Gənclər və İdman Nazirliyinin rəhbər heyəti və əməkdaşları, eləcə də gənclərin iştirakı ilə keçirilən tədbir Prezident İlham Əliyevin siyasi fəaliyyətinin 20-ci ildönümünun gənc nəsil arasında qeyd olunması, onların azərbaycançılıq prinsiplərinə sadiq, müasir çağırışlarla səsləşən, vətənpərvər ruhlu gənclər kimi formalaşmasına hədəflənib.

Tədbirdə giriş sözü ilə çıxış edən muzeyin direktoru, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini Ramil Orucəliyev Heydər Əliyev siyasi kursunun layiqli məzunu kimi Prezident İlham Əliyevin siyasi hakimiyyət dövrünün başlanğıc tarixi, ümummilli liderin gənc siyasətçiyə olan etimadı barədə məlumat verib.

Məcid Seyidov gənclərə daim dəstək olan, güvənən, onlara liderlik keyfiyyətləri aşılayan Prezident İlham Əliyevin 20 illik siyasi hakimiyyəti dövründə Azərbaycanın misilsiz inkişaf yolu qət etdiyini və bu dövrdə ölkə başçısının xalqa verdiyi vədləri, qarşısındakı hədəfləri bütünlüklə yerinə yetirdiyini bildirib. Qeyd olunub ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində sağlam, müasir, vətənpərvər gənclik modeli formalaşdırılıb. Heç təsadüfü deyil ki, cənab İlham Əliyevin prezidentlik dövründə yetişən gənclər 44 günlükVətən müharibəsi dövründə böyük şücaət, qəhrəmanlıq göstərərək böyük Zəfərdə böyük pay sahibi oldu. İndi bütün gənclərimiz, xalqımız ətrafında sıx birləşdiyi, lideri vasitəsilə qələbə ruhunun, haqq mübarizəsinin nəticələrini dünyaya bəyan edir. Fəaliyyətinin 20-ci ildönümü ərəfəsində şanlı bayrağımızı Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə ucaldan Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımızı bir daha qürurlandırdı, gənclərə müdriklik , qətiyyət, liderlik keyfiyyətləri aşıladı. Məcid Seydiov çıxışının sonunda gənclər adından ölkə başçısını təbrik edib, Azərbaycanın inkişafındakı misilsiz xidmətlərinə görə dərin minnətdarlığını bildirib.

Fəal gənc Elmar İsgəndərov Prezidentin ölkə gəncliyinə bəxş elədiyi mühüm töhfələrdən danışıb, Azərbaycan gəncinin İlham Əliyev liderliyində qazandığı naillətlərdən bəhs edib. Vurğulanıb ki, gənclərimiz daim dövlət başçısının qayğısını hiss edir və uğurlu fəaliyyət yolundan ilhamlanaraq gələcəyə doğru qürurla, inamla addımlayır.

Tədbirdə Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. Sonra isə iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti