Ölkə birinciliyində 3 karateçimiz mükafatçı olub

Bakı şəhərində Azərbaycan Karate Federasiyasının WKF növləri üzrə uşaqlar (12-13), yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və para karateçilər arasında 31-ci ölkə çempionatı keçirilib.

Muxtar respublikadan 8 idmançı ölkə birinciliyində iştirak edib. Kumite növündə yarışan Canər Abbaszadə 14-15 yaş qrupunda -63 kq çəki dərəcəsi üzrə bürünc medala layiq görülüb və eyni zamanda milli komandaya dəvət alıb. Birincilikdə iştirak edən digər Naxçıvan təmsilçilərindən Ulduz Hümbətova 16-17 yaş kateqoriyasında kata növündə gümüş, kumitedə (-66 kq) bürünc mükafatçı olub. Yusif İsmayılov (-67 kq) isə 18-20 yaşlılar arasında kumite növü üzrə bürünc medala layiq görülüb.   

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti