İdmançılar intellekt mübarizəsində

İlham Əliyev adına Olimpiya İdman Kompleksində  12 Avqust – Beynəlxalq Gənclər Günü    Naxçıvan  Muxtar  Respublikasının 100 illik yubileyi ilə əlaqədar idmançılar arasında “Nə? Harada? Nə zaman?”  İntellektual Oyunu  keçirilib. 

 7 komandanın iştirakı ilə keçirilən oyunda iştirakçılara 24 sual səsləndirilib.  “Zəfər” komandası yarışmanın qalibi olub. “Güləşçilər” və  “Ulduz” komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar. Komandaların üzvləri diplom və fəxri fərmanla təltif olunublar. 

Yarışmanın məqsədi idmançıların intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.