İki boksçumuz mükafatçılar sırasında

Kadetlər (məktəblilər) arasında zona birinciliklərinin final mərhələsi başa çatıb. Bu mərhələdə bölgələrdəki seçmə yarışların yekununa əsasən 52 komandadan 227 idmançı iştirak edib.
6 gün davam edən turnirdə 17 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Muxtar respublikanı yarışda Naxçıvan Boks Federasiyasının idmançıları təmsil ediblər. Təmsilçilərimizdən ikisi mükafatçılar sırasına düşüb. Yalnız final görüşündə məğlubiyyətlə üzləşən Haqverdi Həsənov 57 kq çəki dərəcəsində gümüş mükafatçı olub. Fikrət Abbaslı isə 44 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.
 
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti