Şərurdan "Sabah"a - futbolçumuz paytaxt klubuna transfer oldu

"UGİM Şərur"-un oyunçusu İlhan Məmiyev bundan sonra "Sabah" klubunda çıxış edəcək. 15 yaşlı futbolçu ilə yeni komandası arasında 3 illik müqavilə imzalanıb.

Şəxsi məşqçisi – "UEFA C" kateqoriyalı məşqçi Rəşad Heydərov tərəfindən verilən məlumata əsasən İlhan 5 ildir futbolla məşğuldur və gələcək üçün yüksək potensial vəd edir.

Xatırladaq ki, bu ilin iyun ayında 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edən İlham Məmiyev məşqçilər heyəti tərəfindən bəyənilərək ölkə yığmasına cəlb olunub.