Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayon gəncləri üçün təlimçi-psixoloq Ayxan Hüseynlinin “İnsan öz zamanını yaradır...” mövzusunda şəxsi inkişaf təlimi təşkil olunub. Təlimdən öncə nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək gənclər siyasəti və təmsil etdiyi qurumun ümumi fəaliyyət istiqamətləri haqqında məlumat verib. Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev tədbirin önəmindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Gənclərin şəxsi inkişafı, onlar arasında müxtəlif sahələr üzrə təcrübə və fikir mübadiləsi aparılmasına şərait yaradılması məqsədilə keçirilən təlim "Xəyallar zamandan asılıdırmı?", "Keçmişin gələcəyə təsiri", "Bəlkə bir gün", "Zamana buraxılan ümidlər" mövzularını əhatə edib. Sonda gənc təlimçi iştirakçıların mövzularla bağlı fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, nazirlik tərəfindən keçirilən sosial sorğunun nəticələri nəzərə alınmaqla gənclərin maraq dairəsinə uyğun şəxsi inkişaf yönümlü təlim və seminarların sayı daha da artırılır.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti