Əcnəbi tələbələr arasında intellektual yarış keçirilib

 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində 10-17 Noyabr–Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçirilir.

Bu gün Naxçıvanda təhsil alan əcnəbi tələbələr arasında “Vətəni tanı!” İntellektual Oyunu keçirilib. Gənclər Mərkəzində reallaşan yarışmaya 25 tələbə qatılıb. Fərdi mübarizə xarakterli intellekt yarışında pazl şəklindəki inzibati ərazi vahidlərini xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Bu missiyanı digər iştirakçılardan daha tez yerinə yetirən Mustafa Elgin Gerçek birinci olub. Neslihan Yıldız Yılmaz  və Erkan Özay yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı tədbirlərə sabah yekun vurulacaq.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti