Bakı Boks Mərkəzində kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Naxçıvan boks məktəbinin yetirmələri Tayfur Əliyev 63,5 kq, Sərxan Əliyev isə 71 kq çəki dərəcəsində bütün görüşlərini qalibiyyətlə tamamlayaraq ölkə çempionu olublar.
Final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Boks Federasiyasının prezidenti Sahil Babayev və digər rəsmilər də izləyiblər.