Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun Naxçıvan Muxtar Respublikası üzrə seçim mərhələsi keçiriləcək.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan yarışın seçim mərhələsi sentyabrın 13-ü saat 14:00-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində təşkil olunacaq.
Yarışda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri bir və ya bir neçə komanda ilə iştirak edə bilərlər. Hər komandanın heyəti 5 nəfərdən ibarət olmalıdır. Seçim mərhələsinin qalibi Bakı şəhərində keçiriləcək yarımfinalda iştirak hüququ qazanacaq. Komandanın yarımfinalda iştirakı Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunacaq.
Oyunda iştirak etmək istəyən komandalar 16 sentyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.