Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlən planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius tələbə-gənclər kuboku II” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyununun Naxçıvan mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda iştirak edib.
Yarışın nəticələrinə əsasən, “Paradoksal” komandası birinci, “Edelveys” komandası ikinci, “Manifest” komandası isə üçüncü yeri tutub. Qalib və mükafatçı komandalara diplom və fəxri fərmanlar təqdim olunub.
Oyunun keçirilməsində məqsəd tələbə-gənclərin intellektual potensialını, analitik düşünmə, komandada işləmə və operativ qərarvermə bacarıqlarını inkişaf etdirmək, eləcə də sağlam rəqabət mühiti yaratmaqdır.
Birinci yerin sahibi “Paradoksal” komandası 3 noyabr 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.