Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və aid təşkilatlarla birgə Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə hazırlanan “Gənclər həftəsi” proqramının icrasına başlayıb. Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərzinə cəlbi, intellektual səviyyələrinin yüksəldilməsi, dünya görüşlərinin zənginləşdirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsidir.
Bu münasibətlə təşkil olunan ilk tədbir gənclərin iştirakı ilə Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya olub. Sonra gənclər üçün bədii film nümayişi təşkil olunub.
“Gənclər həftəsi” çərçivəsində intellektual oyun, dəyirmi masa, təlim və idman yarışı da təşkil olunacaq. Fevralın 2-də isə gənclərin mükafatlandırılması mərasimi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti