Sentyabrın 5-də Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində (Naxçıvan OİK) “Levent Bulut Fight Night – Nakhchivan” turnirinin çəkiölçmə mərasimi təşkil olunub. İdmansevərlərin maraqla gözlədiyi mərasim çərçivəsində döyüşçülər yarış öncəsi “Face to face” görüşlərində üz-üzə gəliblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, “Levent Bulut – Naxçıvan” Döyüş Klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə 17 klubdan 144 idmançı iştirak edəcək. Yarışın döyüşləri isentyabrın 6-da Naxçıvan OİK-də keçiriləcək.
Turnirdə Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən turnirdə həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək. Görüşlərin sonunda fərqlənən idmançılar mükafatlandırılacaqlar.
Turnir saat 10:00-da Naxçıvan şəhərində yerləşən start götürəcək. Turnirin rəsmi açılış mərasimi isə saat 15:00-a nəzərdə tutulub.