Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və müasir gənclik” mövzusunda dəyirmi masa keçirilib.
Nazirliyin əməkdaşı Əliyeva Azadə giriş sözü ilə çıxış edərək milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə maarifləndirici tədbirlərin rolunu vurğulayıb.
Daha sonra AMEA Naxçıvan bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəfər qızı Aytən Cəfərova qloballaşma şəraitində milli kimliyin qorunmasının aktuallığı barədə danışıb, gənclərin milli-mənəvi irsə bağlılığının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə isə milli dəyərlərin formalaşmasında ədəbiyyatın və dilin rolundan danışıb, müasir dövrdə gənclərin bu dəyərlərə münasibətinin düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
