“Zamanın səmərəli planlaşdırılması və idarə edilməsi” adlı təlim keçirilib.

“Zamanın səmərəli planlaşdırılması və idarə edilməsi” adlı təlim keçirilib.

        Nazirliyin akt zalında keçirilən təlimdə Gənclərlə iş şöbəsinin əməkdaşı Valeh Mahmudov gəncləri salamlayaraq bu tip tədbirlərin gənclərin dunyagörüşünün formalaşmasına göstərdiyi müsbət təsirlər haqqında danışıb. Daha sonra təlimçi, “Caner Akademiya”nın təsisçisi Caner Quliyev gənclərə vaxtın düzgün idarə olunmasının şəxsi və peşəkar inkişaf  üçün əhəmiyyətindən danışaraq, vaxtdan səmərəli istifadə, gündəlik işlərin planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və motivasiyanın qorunması barədə praktik tövsiyələr verib.  Bildirilib ki, gənclərin zamanlarının düzgün planlaşdırması onların gələcək nailiyyətlərinin əsas şərtlərindəndir. Təlim zamanı iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və interaktiv müzakirələr aparılıb.