12 Avqust- Beynəlxalq Gənclər Günü

12 avqust bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsası 1998-ci ildə Lissabonda keçirilən Dünya Gənclər Nazirlər Konfransında qoyulub, 1999-cu ildə isə BMT Baş Assambleyası tərəfindən rəsmən təsdiqlənib.

 

Beynəlxalq Gənclər Günü gənclərin cəmiyyətin inkişafındakı rolunu vurğulamaq, onların təşəbbüslərini, potensialını və qarşılaşdıqları məsələləri diqqətə çatdırmaq məqsədi daşıyır.

 

🌟 Beynəlxalq Gənclər Günü münasibətilə bütün gəncləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm iradə, yeni uğurlar, böyük hədəflər və parlaq gələcək arzulayırıq!