Azərbaycan-Mərakeş gənclərinin mübadilə proqramı çərçivəsində 15–25 noyabr 2026-cı il tarixlərində Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidovun nümayəndə heyətinin rəhbəri kimi həmin səfərdə iştirakı ilə əlaqədar olaraq, 19 noyabr 2026-cı il tarixində Babək rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınır.
Vətəndaş qəbulunun yeni tarixi müəyyən edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Anlayışınız üçün təşəkkür edirik.