Atletimiz ölkə çempionatında 2 medal qazanıb

Respublika Olimpiya Mərkəzində “Atletika üzrə 40-cı Qış Ölkə Çempionatı” keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən  birgə təşkil olunan yarışda Bakı, Bərdə, Gəncə Astara, Naxçıvan, İsmayıllı və Xızıdan ümumilikdə 140 idmançı iştirak edib.

Naxçıvan idmançısı Əmrah Nağıyev 1500 m (4:23.08 dəqiqə) və 3000 m (09:45.83 dəqiqə) məsafəyə qaçış yarışlarında çıxış edib. Təmsilçimiz hər iki məsafədə üçüncü olmaqla 2 bürünc medal qazanıb.

Çempionatın proqramına əsasən 3 təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış, 4x200 m qarışıq estafet qaçış növləri üzrə üzrə yarışlar keçirilib.



Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti