Bölgələrdə qazilərimizlə gənclərin görüşləri təşkil olunub

12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində muxtar respublikanın rayonlarında gənclərin II Qarabağ müharibəsi iştirakçıları və qazilərlə görüşləri keçirilib.

 

Görüşlərdə Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlıqları barədə danışılıb. Ümummilli lider Heydər Əliyevdən başlayan ordu quruculuğu prosesinin Prezident İlham Əliyev rəhbərliyində yüksəlişi, o cümlədən dövlət-xalq-ordu birliyinin qazanılan böyük Zəfərdəki önəmindən bəhs olunub. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Veteran hərbçilər öz döyüş xatirələrini gənclərlə bölüşüb, vətəndaşlıq mövqeyi barədə söhbətlər aparıblar.