Böyük marağa səbəb olan “Gənc Fest” başa çatıb

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənc Fest” festivalı noyabrın 26-da başa çatıb.

Avropa Oyunları Parkında 4 gün davam edən festivalın proqramına uyğun olaraq gənclər ilkin hərbi hazırlıq, ilkin tibbi yardım, teatr sənəti, skautinq, fiziki hazırlıq, yanğın təhlükəsizliyi, effektiv komanda işi və ətraf mühitin mühafizəsi ilə bağlı debat, təlim və master-klaslarda, əyləncə proqramlarında iştirak ediblər. O cümlədən, gənclər festival çərçivəsində Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını və Milli Məclisi ziyarət ediblər. Festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyavanın rəhbərliyi ilə festivalda Naxçıvan heyətini 16 gənc təmsil edib. Onların içində şəhər və rayonlardan seçilmiş fəal gənclər, qazi, idmançı və könüllülər olub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti