Babək rayonunda vətəndaşlarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Babək Rayon İcra Hakimiyyətinin akt zalında rayonun sakinləri ilə görüşüb. Görüşdə həmçinin İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin rəisi iştirak ediblər.

Sonra qəbul üçün müraciət etmiş vətəndaşlar problem və təkliflərlə bağlı fikirlərini bölüşüblər. Müraciətlər əsasən, vətəndaşların yaşadıqları ərazilərdə idman qurğularının, minifutbol meydançalarının və idman zallarının inşa edilməsi, inventarlaşma ilə bağlı çətinliklər və digər məsələlərlə bağlı olub. Vətəndaşlar dinlənilib və  müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, məsləhətləşmələr aparılıb. Digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaş qəbulu çərçivəsində Nazirliyin rəhbər və nümayəndə heyətinin növbəti səfəri yanvarın 19-da Sədərək rayonuna olacaq.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti