Beynəlxalq Tələbə Gənclər Həftəsinə yekun vurulub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində 10-17 Noyabr–Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçirilib. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə reallaşan intellektual oyun və şahmat yarışı bu baxımdan sonuncu olub.

Gənclər Mərkəzində keçirilən “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda 7 komanda qələbə uğrunda mübarizə aparıb. “Paradoks” rəqiblərini üstələyərək birinci olub.

Şahmat  birinciliyində isə Nəsrin Babayeva və Ayxan Əliyev qalib olublar. Qızlarda Səkinə Cəfərova, Zinyət Həsənova, oğlanlarda Sadiq Qarayev və Sadiq Məmmədov müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar.

İlk üç yerin sahibi olan komandalar, iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti