Bir qrup idmançının Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda yaşayan bir qrup məşqçi və idmançının Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar muzeydə qorunan tarixi eksponatlar, etnoqrafik nümunələr, qədim məişət əşyaları və Ordubad rayonunun zəngin tarixi-mədəni irsini əks etdirən materiallarla yaxından tanış olublar. Muzey əməkdaşları tərəfindən eksponatlar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Ekskursiyanın keçirilməsində məqsəd məşqçi-müəllim və idmançıların asudə vaxtlarının səmərəli təşkili, onların tarixə və milli-mədəni irsə marağının artırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və maarifləndirilməsinə töhfə vermək olub.