Boks üzrə Naxçıvan birinciliyi Zəfər Gününə həsr olunub

Oktyabrın 28-i Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında boks üzrə muxtar respublika birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Yarışın sonuncu günündə final görüşləri keçirilib, qaliblər bəlli olub. İlk üç yerin sahiləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.
Nəticələrə əsasən yeniyetmələrdə Elmurad Kərimli (46 kq), Yusif Tağıyev (48 kq), Səfər Həsənli (50 kq), Sadiq Xəlilov (52 kq), Musa Əliyev (54 kq), Məhərrəm Abbasov (57 kq), Rüstəm Əliyev (60 kq), Elcan Zamanlı (63 kq), gənclərdə Kamal Məmmədov (55 kq), Onur Zamanlı (60 kq), Umud Qazıyev (65 kq), Süleyman Mirzəyev (70 kq), Elgün Ağayev (85 kq), Böyüklərdə Ucal Musayev (50 kq), Elbrus Kərimli (55 kq), Məhəmmədəli Qasımov (60 kq), Arif Axundov (70 kq), Elmin Quliyev (80 kq) və Mirməhəmməd Seyidov (90+ kq) birinci yerə sahib çıxıblar.