Boksçularımız Gürcüstandan medallarla qayıdır

 

Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan, Gürcüstan, Özbəkistan, İsrail və Latviya milli komandalarının qatıldığı yarışda idmançılarımız uğurla çıxış edərək ümumilikdə 13 medal qazanıblar. Belə ki, baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada təmsilçilərimizdən 3-ü qızıl, 2-si gümüş və 8-i bürünc medal əldə edib.

Naxçıvan Boks Federasiyasının idmançılarından Elbrus Kərimli millimizi 54 kq, Ucal Musayev isə 46 kq çəki dərəcəsində təmsil edib. Hər iki boksçu yarışı bürünc medalla tamamlayıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti