Ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələri üçün nəzərədə tutulan “Gələcəyə doğru” layihəsi onların Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə tanışlığı, muxtar respublikada gənclər üçün yaradılan şərait və mövcud perspektivlər haqqında məlumatlanması, imkanlardan yararlanması, habelə könüllülük hərəkatına cəlbinə hədəflənib. Ənənəvi layihənin builki konseptində Heydər Əliyev irsinin gənclər arasında öyrənilməsi, onların azərbaycançılıq məfkurəsində, milli dəyərlərə, Vətənə və dövlətçiliyə sadiqlik nümunəsində inkişafına dəstək amili prioritet təşkil edir.
“Naxçıvan” Universitetinin konfrans zalında “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində tədbir reallaşıb.
Slayd vasitəsilə gənclərlə iş və idman sahəsində həyata keçirilən tədbirlərin fotoları, məqsəd və əhəmiyyəti barədə informasiyalar diqqətə çatdırılıb. Nazirliyin əməkdaşları Valeh Mahmudov və Ülkər Əhmədova qurumun fəaliyyət istiqamətləri, gənclər və idman siyasəti və sözügedən layihə barədə danışıb, gəncləri müvafiq sahələrdə təşkil olunan tədbirlərə, könüllülük hərəkatına qoşulmağa dəvət ediblər.
Nazirliyin fəal könüllülərindən Nicat Hüseynov bu sahədəki fəaliyyətin üstünlükləri və təcrübələr barədə danışıb. Tədbirin bədii hissəsində Babək Rayon Xalq Teatrı üzvlərinin vətənpərvərlik motivli kompoziyası iştirakçılar tərəfindən maraqla izləyinilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti