İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında (2012-2014) cüdo üzrə muxtar respublika turniri keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasının (NGF) birgə təşkilatçılığı ilə reallaşan yarışda 78 idmançı mübarizə aparıb.
İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, NGF-nın sədri Faiq İsgəndərov və digərləri təqdim ediblər.
Nəticələrə gəlincə, Mehdi Cəfərli (27 kq), Ayaz Əliyev (30 kq), Davud Məmmədzadə (34 kq), Onur Fərzəliyev (38 kq), Məhəmməd Məmmədov (42 kq), İsmayıl Şükürlü (50 kq), Məhəmməd Əkbərov (50 kq), Elxan Abdullayev (50+kq) və Ləman Bağırova (28 kq) birinci yerə sahib çıxıblar.
Əlavə edək ki, ACF-nın respublika dərəcəli hakimləri Vüsal Əliyev və Nəsimi Əhmədov da yarışda hakimlik ediblər.