Futzal turnirində növbəti oyunlar keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə üzrə Naxçıvan Muxtar Respublika turniri davam edir. Bu gün üçüncü tur çərçivəsində 3 görüş reallaşıb. Qeydə alınan nəticələr aşağıdakı kimidir:

 

Maliyyə Nazirliyi – Kənd Təsərrüfatı Nazirliyi - 10:4

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – Ali Məhkəmə - 10:9

Dövlət Statistika Komitəsi – Səhiyyə Nazirliyi - 2:2

 

Qeyd edək ki, 28-29 sentyabr tarixlərində qrup mərhələsinin növbəti oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə qruplar üzrə 1-ci və 2-ci yerlərin sahibləri ¼ final mərhələsinə adlayacaq.