Gənclər üçün film nümayiş olunub

 
12 Avqust-Beynəlxalq Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə hazırladığı qrafik üzrə ilk tədbirə start verilib. Belə ki, Gənclik Mərkəzində gənclər üçün komediya janrında olan “Zona” filmi nümayiş olunub.
 
Filmin baş qəhrəmanı sadəlövhlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.
 
Qeyd edək ki, film nümayişində 100 nəfərdən artıq gənc iştirak edib.