Gənclər üçün növbəti şəxsi inkişaf təlimi keçirilib

“Daxili potensialını kəşf et!” adlı təlim keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində reallaşan təlimdə gənc mədəniyyət işçiləri və könüllülər iştirak ediblər.

Tədbirin məqsəd və əhəmiyyəti barədə danışan nazirliyin şöbə müdiri İlahə Haqqverdiyeva bildirib ki, gənclərin istedad və bacarıqlarının təkmilləşdirilməsi, yeni karyera istiqamətlərinə yönləndirilməsi, onlarda özünə inam formalaşdırılması istiqamətində atılan addımlar gənc nəslin şəxsi və peşəkar inkişafına hədəflənib. Məqsəd gənclərin potensialını üzrə çıxarmaq və onlara dəstək olmaqdır.

Sonra təlimçi-psixoloq Aynur Mustafayevanın təqdimatında təlimə start verilib. Təlimçi insanın öz daxili potensialını aşkara çıxarmağının yolları və gələcək həyatına təsir imkanı barədə təcrübələrini bölüşüb. Tədbir diskussiya formatında davam edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti